Yeməklərə ləzzət qatan sirkə eyni zamanda təmizlik mövzusunda da istifadə olunur. Bir çoxunuz sirkəni yağ ləkələrindən xilas olmaq üçün, mikrodalğalı sobanı təmizləmək üçün, gümüşləri parıldatmaq üçün istifadə edir. Ancaq təmizlikdə bir nömrəli köməkçiniz olan sirkənin ev təmizliyində istifadə edilməməsi olan yerlər var. Bunun səbəbi isə sirkə turşusunun bəzi səthlərə zərər vermək riski var. Bunun üçün sirkəni aşağıda qeyd olunan mövzülarda istifadə etdikdə ehtiyyatlı olmalısınız. Evdar.az evinizdə təmizlik işləri apararkən bu 5 yerdə qətiyyən sirkədən istifadə etməməyi tövsiyyə edir.
İÇİNDƏKİLƏR
Qranit Və Mərmər Dəzgah
Sirkənin tərkibindəki turşular təbii daşlarla uzun müddət təmas etdikdə oyuqlar əmələ gəlməsinə səbəb ola bilər. Bunun əvəzinə bu cür dəzgahları təmizləmək üçün tərkibində ağır kimyəvi maddələr olmayan yuyucu tozlar və ilıq sudan istifadə edin.
Təbii Daş Döşəmələri
Eynilə mətbəx dəzgahında olduğu kimi əgər döşəməniz təbii daş materiallardan hazırlanıbsa bu bölgələri də sirkə, limon suyu kimi turş maddələrlə silməyin. Bu turş maddələr daşlara zərər verib onu tədricən aşındırır. Bunun əvəzinə sodalı, ərəb sabunlu isti su ilə təmizləyə bilərsiniz.
Yumurta ləkəsi
Məsələn yumurta yerə düşüb sındı və hər yerə bulaşdı. Təmizləmək üçün qətiyyən sirkədən istifadə etməyin. Çünki sirkə turşusunun quruluşu yumurta ləkəsinin daha da tündləşməyinə gətirib çıxarır və ləkənin çıxmasını daha çətinləşdirir.
Polad Bıçaq
Bıçaq təmizliyi üçün sirkədən istifadə etməyin. Çünki sirkə poladın qaralmasına səbəb olur.
Taxta Mebellər
Sirkə turşusunun zərər verdiklərindən biri də taxta mebellərdir. Sirkə bu mebellərin lakını silərək solğun görünməsinə səbəb olur. Taxta mebel təmizləyici məhsullar bu məsələdə daha doğru bir seçim ola bilər.