Təbii Kərə Yağının Rəngi Necə Olmalıdır? Ağ, Yoxsa Sarı?

Kərə yağı, yağ sortlarında yüksək zülal ehtiva edən və vitaminlərlə də çox zəngin olan heyvan mənşəli qidadır. Tərkibindəki minerallar baxımından da çox faydalıdır. Kənd təsərrüfatı mənşəli qida olan kərə yağı bütün komponentləri ilə yanaşı, mahiyyəti tarix boyu qorunub saxlanılan təbii qidalardandır. Səhər yeməyindən tutmuş bir çox xörəklərə əlavə edilən kərə yağının ağ və sarı rəng olması hər kəsi maraqlandıran mövzulardan biridir. Bəs kərə yağı ağ olur, yoxsa sarı? Evdar.az sağlam qidalanmaya üstünlük verənlər üçün kərə yağının rənginin təyini haqqında araşdırmanı təqdim edir.

Kərə yağı inək, qoyun və ya keçi südündən alınır. Bu südlərin yaxşıca qaynadılması ilə əldə edilən qaymaq təbəqəsi kərə yağının əsas tərkib hissəsini təşkil edir. Bu gün kərə yağının böyük bir hissəsi istehsalat yolu ilə əldə edilir. Bu, kərə yağında rəngindən tutarlılığına, qoxusundan dadına qədər bir çox fərqliliyə səbəb ola bilər.

Təbii Kərə Yağının Rəngi

İstehlakçılar arasında ən çox maraqlanan mövzulardan biri də kərə yağının təbiiliyi baxımından rənginin həlledici olması, yağın niyə sarı və ya ağ olmasıdır. Kərə yağının rəngi südündən kərə yağı hazırlamaq üçün istifadə edilən heyvanın qidası və ona uyğun yediyi qida ilə bağlıdır. Südü istifadə edilən inək, qoyun və ya keçi əsasən ot və ot kimi göyərtilərlə qidalanırsa, bu göyərtilərdə bol miqdarda olan karotenoid maddəsinə görə kərə yağı daha sarımtıl rəngə malikdir. Heyvanın yemi ilə birlikdə südünə keçən karotenoidlər yağda həll olur və eyni zamanda yağa rəng verir. Lakin heyvan saman, arpa, buğda kimi yemlərlə qidalanırsa, bu qidaların tərkibində rəngləndirici maddələr olmadığı üçün, kərə yağı istehsalında istifadə edilən südün və yağın daha açıq rəngdə olacağı gözlənilir.

Unutmaq olmaz ki, təbii kərə yağları istehsal mövsümünə görə rəngləri ilə fərqlənir. Yayda istehsal olunan kərə yağının daha sarı rəngdə olması normal haldır, çünki sağım heyvanları yaz-yay aylarında təzə otla qidalanır. Payız-qış aylarında süd verən heyvanlar quru yemlə qidalanmağa başlayacağı üçün bu dövrdə istehsal olunan kərə yağı daha açıq rəngdə ola bilər.

Süd verən heyvanın yediyi yemək təbii kərə yağında yağın rəngini təyin edir. Fabriklərdə kərə yağı istehsalında yağa əlavə edilən rəngləndirici qatqılarla yağın rəngini təyin etmək olar.

Birbaşa süddən kərə yağı hazırlamaqdansa, əvvəlcə süddən qatıq, sonra qatıqdan ayran və ən sonda ayrandan yağ hazırlamaq olar. Hazırlanması çox çətin olan və çox zəhmət tələb edən bu yağın tərkibində daha çox probiotik var. Ayrandan hazırlanan nehrə yağının rəngi də istifadə edilən südün alındığı heyvanın qidalanmasına və mövsümünə görə dəyişir.

Saxta kərə yağını ayırd etmək üçün bu məqaləni oxuyun..

Paltaryuyan maşında nehrə yağının hazırlanma qaydasıyla bu məqalədən tanış olun.

Yeməklərə fərqli dad qatan sarımsaqlı kərə yağının reseptini bu məqalədən oxuyun.

Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.