Təbii ANTİBİOTİK resepti. Yalnız 3 inqrediyent

Sarıkök ədviyyatdan çox təbii dərmandır. O, güclü iltihab, virus və mikrob əleyhinə təsirə malikdir, həzm problemləri zamanı yaxşı kömək edir, orqanizmi xərçəngin inkişafından qoruyur, immun sisteminin fəaliyyətinə müsbət təsir edir.

Həmçinin tərkibində olan bioloji aktiv maddə “kurkumin”in sayəsində sarıkök ağciyərin sağlamlığına çox müsbət təsir edir, nəfəsalma sistemi xəstəlikləri və autoimmun xəstəliklər zamanı yardım edir.

Orqanik.az bildirir ki, sarıkökün tərkibində olan digər bioloji aktiv maddə “turmeron” beyinin funksiyalarını gücləndirir, Alsheymer xəstəliyinin inkişafı riskini azaldır.

Sarıkökün bal və qara istiotla qarışığı əsl təbii antibiotikdir. Qara istiot sarıkökün xüsusiyyətlərini daha da artırır.

1 x.q. təbii sarıkök, 1 çimdik qara istiot, 100 qr yaxşı bal qarışdırılır. Bu vasitə orqanizmə güclü antimikrob, antiviral, iltihab əleyhinə təsir edir.    

Soyuqdəymə, qripp, koronavirus, rinovirus və bir çox digər tənəffüs infeksiyaları, bronxit və s. zamanı bu qarışığı gündə 3 dəfə 1 ç.q. olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.

Profilaktik məqsədlərlə qarışığı hər gün 1 ç.q. olmaqla qəbul edə bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.