TƏBİB bu xəstəxanalara həkim axtarır – VAKANSİYALAR

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış) işə qəbulunu elan edib.

Qurumdan verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislərdən anket formasını https://bit.ly/3JAIFcx dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunub.

1. Ailə həkimi-pediatr – Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX);

2. Ailə həkimi-terapevt – Cəlilabad RMX;

3. Həkim-allerqoloq – Şəki RMX;

4. Həkim-anestezioloq-reanimatoloq – Quba RMX, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (ŞMX), Gəncə Şəhər Birləşmiş Xəstəxanası (ŞBX), Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;

5. Həkim-dermatoveneroloq – Gəncə BŞX, Göyçay RMX, Cəlilabad RMX;

6. Həkim-endokrinoloq – Gəncə ŞBX, Cəlilabad RMX;

7. Həkim-fizioterapevt – Şamaxı RMX, Göyçay RMX, Lənkəran RMX;

8. Həkim-ftiziatr – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Şəki RMX;

9. Həkim-hematoloq – Lənkəran RMX, Şəki RMX;

10. Həkim-infeksionist – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;

11. Həkim-kardioloq – Şəki RMX, Mingəçevir ŞMX, Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Lənkəran RMX;

12. Həkim-mama-ginekoloq – Şəmkir RMX, Quba RMX, Gəncə ŞBX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;

13. Həkim-nefroloq – Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;

14. Həkim-neonatoloq – Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;

15. Həkim-nevroloq – Gəncə ŞBX, Göyçay RMX, Quba RMX, Şəki RMX;

16. Həkim-neyrocərrah – Gəncə ŞBX, Şirvan ŞMX, Göyçay RMX, Quba RMX;

17. Həkim-oftalmoloq – Şəmkir RMX, Gəncə ŞBX, Şamaxı RMX, Göyçay RMX, Quba RMX;

18. Həkim-onkoloq – Göyçay RMX, Lənkəran RMX;

19. Həkim-otorinolarinqoloq – Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;

20. Həkim-pediatr – Şamaxı RMX, Lənkəran RMX, Şəki RMX;

21. Həkim-psixiatr – Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;

22. Həkim-qastroenteroloq – Cəlilabad RMX;

23. Həkim-radioloq – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Quba RMX;

24. Həkim-rentgenoloq – Göyçay RMX;

25. Həkim-revmatoloq – Lənkəran RMX, Şəki RMX;

26. Həkim-terapevt – Şamaxı RMX, Göyçay RMX;

27. Həkim-travmatoloq-ortoped – Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;

28. Həkim-ümumi cərrah – Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Şəki RMX;

29. Həkim-ürək-damar cərrahı – Göyçay RMX;

30. Həkim-uroloq – Şəmkir RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Quba RMX;

31. Həkim-uşaq cərrahı – Göyçay RMX, Quba RMX, Şəki RMX;

32. Həkim-üz-çənə cərrahı – Göyçay RMX;

33. Şüa diaqnostikası üzrə həkim – Şirvan ŞMX, Cəlilabad RMX, Şəki RMX;

34. Təcili yardım həkimi – Şamaxı RMX, Cəlilabad RMX.

Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:

– şəxsiyyətini təsdiq edən sənəd;

– əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

– xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);

– sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);

– əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);

– elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);

– xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);

– seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).

Qeyd edək ki, sənəd qəbulu 31 avqust 2022-ci il günün sonunadək davam edəcək.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.