Süni zəka ilə insan zehinini oxumaq olarYaponiya alimləri süni zəkalar ilə insanların zehinini oxuyaraq, zehinimizdəki təsvirləri kompyuterə köçürməyi bacardı.
Dünyanın ən məşhur elmi-fantastik filmlərindən Matritsa başda olmaqla bir çox filmdə, beynimizi məlumat yüklənə bilən bir sistem olaraq gördük. İndiki vaxtda beynimizin məlumatları necə köçürdüyünü, yəni elektronik qisimini tam olaraq həll edə bilmirik. Matritsa kimi bir cihaza bağlanıb, yeni bir dünyada yaşamaq çox fərqli bir təcrübə ola bilərdi. Yaponiya alimləri beynimizə qoşulub düşüncələrimizi oxuyub yeni düşüncələr meydana gətirəcək bir süni zəka yaratmağı bacardılar.
Kioto Universitetində aparılan araşdırmalarda dərin sinir şəbəkələri istifadə edən qrup, bəzi dövrlərdə insanın düşüncələrini görə bildi. Deep Image Reconstruction (Dərin Təsvir Yaradılışı) şəklində adlandırılan bir üsulda gözümüzlə gördüyümüz təsvirlər, kompyuterə ötürüldü. Təsvirdə iştirak edən ən soldakı şəkillər insanlara göstərilir. Daha sonra isə, insanların beynindən sağda iştirak edən təsvirlər alınır. Hələ çox dəqiq bir şəkildə işləməyən bu sistem, son dərəcə təsirli həllər təqdim edə bilir.
Bu yeni sistem sayəsində süni zəka kimi proqramlaşdırmalara yeni düsturlar gətirilə bilər.
Orqanik.az