Salatlara ləzzət qatmaq üçün istifadə edilən göyərti və tərəvəzlər sağlamlığın qorunmasında güclü rol oynayır. Bu səbəbdən səhər yeməyi də daxil olmaqla süfrəyə həmişə yaşıl tərəvəzləri daxil etməliyik.
Orqanik.az oxucuları süfrənin bəzəyi olan 4 məhsulun faydaları ilə tanış edir.
Tərə
Tərkibindəki minerallar sayəsində ginekoloji xəstəliklərin müalicəsində xüsusilə faydalıdır. Anemiyanın müalicəsində də istifadə olunur. Acı dadını sevmirsinizsə, meyvələrə əlavə edib yeyin.
Çuğundur
A, V və K vitaminləri ilə olduqca zəngin olan çuğundur həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Onun yarpağından dolma hazırlaya, yaxud salatlarda istifadə edə bilərsiniz.
Cəfəri
Cəfəri detoks içkilərinə, salatlara əlavə edilir, eyni zamanda çiy halda da çox faydalıdır.
Kahı
Salatların vazkeçilməz ləzzətlərindən biri də kahıdır. Tərkibi lif, şəkər, fosfor, kalsium, dəmir, maqnezium və kaliumla zəngindir. A və C vitaminlərini də ehtiva edən bu yaşıl tərəvəz güclü antioksidant kimi tanınır. Xüsusilə saç və dəri üçün faydalıdır. (publika.az)
Orqanik.az