Sağlam qidalar vaxtında yeyilməsə… – XƏBƏRDARLIQ

“Sağlam qidalar yalnız o zaman daha ekketli olur ki, gün ərzində ağıllı paylanılsın”.

Orqanik.az xarici KİV-ə istinadla xəbər verir ki, Harbin Tibb Universitetinin mütəxəssisləri bu istiqamətdə araşdırma aparıblar.

Amerika Ürək Dərnəyinin saytında dərc edilən elmi işin nəticələrində qeyd edilib ki, bəzi qidalar xərçəng, ürək xəstəliyi və diabet riskinin qarşısını almaq üçün yalnız məhdud saatlarda yeyilməlidir.

Tədqiqatçılar günortadan sonra meyvə istehlakı ilə ürək xəstəliklərinin azalması arasında bir əlaqə tapıblar. Eyni zamanda çox miqdarda taxıl və nişastalı qidalar yeyən “Qərb pəhrizinin” davamçıları oxşar xəstəliklərdən daha çox əziyyət çəkirlər.

Alimlər həmçinin aşkar ediblər ki, tərəvəzli şam yeməyi hər üç kateqoriyalı xəstəliyin inkişafına mane olur. Mütəxəssislər ilk yeməkdən sonra meyvələrlə, ikincidən sonra isə süd məhsullarıyla qəlyanaltı etməyi məsləhət görüblər. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.