Süd və süd məhsulları kişilərdə prostat xərçəngi yaradır

“American Journal of Clinical Nutrition”da nəşr olunan araşdırmanın nəticələrinə görə, süd çox içən kişilərdə prostat xərçəngi riskinin yaranma riski daha yüksəkdir.
Orqanik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli professor Uğur Coşğun məlumat verib.
“Xərçəngi olmayan 28 min kişi üzərində aparılan analizdə məlum olub ki, gündə təxminən 2 stəkan – 430 qram süd və ya süd məhsulları istifadə edən kişilərdə prostat xərçəngi riski yarana bilir.
Eyni araşdırmada, südlə yanaşı qoz-fındıq, turp və digər tərəvəzlərdən istifadə edənlərdə kalsiumun prostat xərçəngi riskini artırmadığı aşkar edilib. Buradan aydın olur ki, prostat vəzi xərçəngi riskini artıran təsir süd məhsullarındakı kalsiumla bağlı deyil, digər faktorlardan da ola bilər” , – professor qeyd edib.
Uğur Coşğun bildirib ki, prostat xərçəngi hormona həssas xərçəng növüdür: “Süd və süd məhsullarında insulinə bənzər böyümə faktoru kimi stimullaşdırıcı molekulların prostat xərçəngi riskinin artmasına səbəb oduğu iddia olunur.
Bu araşdırmada ortaya çıxan risk artımı həqiqətən də əhəmiyyətlidir, ancaq aydınlaşdırmaq lazımdır. Daha geniş təhlillərə ehtiyac var. Eyni zamanda prostat xərçəngi riskinin yüksək olduğu kişilərdə süd və süd məhsulları məhdudlaşdırıla bilər. Bu insanlara südü yulaf, soya və ya badam südü ilə əvəz etmək tövsiyə olunur”. /

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.