“İçməli suya həddindən artıq miqdarda nitratın qarışması bağırsaq xərçəngi riskini artırır”.
Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri professor Ceyn Riçards deyib.
Onun sözlərinə görə, kolon xərçənginin müalicəsində böyük irəliləyişlər olsa da, əsas prioritet risk faktorlarını mümkün qədər azaltmaqdır.
“Bədəndə artan nitrat səviyyələri insan orqanizmindəki daxili mənbələr və qidalardakı antioksidantlarla tarazlaşa bilmədikdə, kanserogen N-nitrozo birləşmələrinə çevrilir və bu yolla xərçəng riski artır. Buna görə içməli su ehtiyatlarında nitrat səviyyəsinə ciddi nəzarə olunmalıdır”,-deyə Riçards bildirib.
Orqanik.az