Sosial şəbəkələr insanlarda təşviş pozuntusu yaradıb – Alimlər

Sosial şəbəkələr, facebook, instagram insanlarda təşviş pozuntusunu 12% artırıb.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, beynəlxalq elm qrupu ABŞ-ın 775 kollecinin tibbi məlumat bazasını incələyib.

Daha sonra 8000 tələbədən psixi və fiziki sağlamlıq barədə sorğu aparılıb.

Məlum olub ki, sosial şəbəkələrdən çox istifadə edənlərdə depressiya 9%, generalizə olunmuş təşviş həyəcan pozuntusu isə 12% artıb.

Alimlər bildirir ki, buna səbəb uyğun olmayan sosial müqayisə və ümidsizlikdir.

Onlar yeniyetmə və gəncləri sosial şəbəkələrdə gündə 2 saatdan çox olmamaq şərtilə istitadə etməyi tövsiyə edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.