Sonsuzluq, evli cütlüklərdə qadının hamilə qala bilməməsidir. Cütlüklərin təxminən 15% -i bunu yaşayır. Sonsuzluq kişilərdə və qadınlarda bir çox amillərdən qaynaqlana bilər. Kişi sonsuzluğunun ən çox görülən səbəbləri arasında sperma sayının az olması, onların forma və hərəkətlərindəki pozuntulardır. Bunlara əlavə olaraq testislərin zədələnməsi və ya infeksiyası və nadir də olsa hormon balanssızlıqları səbəb olur. Qadınlarda ən çox görülən səbəblər arasında ovulyasiya problemləri və boruların tıxanmasıdır. Bunlara uşaqlıq yolu problemləri, endometrioz və hormon balanssızlığı daxildir.
Sonsuzluqda yaş faktoru da mühüm rol oynayır. Həm kişilər, həm də qadınların yaşı artdıqca doğum nisbətləri azalır. Qadınların 35 yaşından sonra hamilə qalma ehtimalı daha azdır və 40 yaşdan sonra doğum səviyyəsi daha da aşağı düşür. Kişilərdə yaş irəlilədikcə spermanın keyfiyyəti və sayı azala bilər. Sonsuzluğun qarşısını almaq üçün qida istehlakına diqqət yetirilməlidir. Evdar.az sonsuzluğun qarşısını almağa kömək edən bəzi qidaların siyahısını təqdim edir.
Fol turşusu
B vitaminləri ailəsindən bir vitamindir. Fol turşusu ilə zəngin qidalar doğuş üçün vacibdir. Fol turşusu, ovulyasiya və spermaya təsir edən DNT sintezinə kömək edən bir vitamindir. Yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, mərcimək, brokoli, portağal suyu, qoz-fındıq və taxıl məhsulları kimi bir çox qidada da olur.
Sink
Reproduktiv sağlamlıq üçün vacib mineraldır. Kişilərdə sink testosteron istehsalını artıra və sperma keyfiyyətini yaxşılaşdıra bilər. Qadınlarda sink ovulyasiyanı tənzimləyir və hormonları balanslaşdırır. Yumurta, ət, balqabaq tumları, tofu (soya pendiri) və noxud kimi bir çox qida sinklə zəngindir.
Omeqa-3 yağ turşuları
Doğum üçün çox vacibdir. Omeqa-3 yağ turşuları sperma keyfiyyətini yaxşılaşdırır. Ovulyasiyanı tənzimləyə və hamiləlik şansını artıra bilər. Somon (losos), ton (tunes) balığı, qoz, kətan toxumu və çia toxumu kimi qidalar omeqa-3 ilə zəngindir.
Antioksidantlar
Sərbəst radikalların təsirindən qoruyur və hüceyrə zədələnməsinin qarşısını alır. Buna görə də antioksidantlar reproduktiv sağlamlıq üçün vacibdir. C vitamini, E vitamini, beta-karoten və selen kimi antioksidantlar doğum üçün vacibdir. Portağal, qırmızı bibər, brokoli, ispanaq, qoz və yumurta kimi bir çox qida antioksidantlarla zəngindir.
Protein
Protein reproduktiv sağlamlıq üçün vacib bir qidadır. Protein orqanizmdə hüceyrə və toxumaların strukturunu təşkil edir. Hormonların istehsalında və ovulyasiya prosesində də rol oynayır. Ət, balıq, süd məhsulları, yumurta, lobya və noxud kimi bir çox qidalar proteinlə zəngindir.
Yalnız sonsuzluq baxımından deyil, bütün sağlamlıq problemlərinin qarşısını almaq üçün pəhrizimizə diqqət yetirməliyik. Bu baxımdan yuxarıdakı qidaları menyunuzdan əksik etməməyiniz tövsiyə olunur.