Sonsuzluğun daha bir səbəbi

Norveqiyalı tədqiqatçılar belə hesab edirlər ki, qadınlarda artıq fiziki gərginlik sonsuzluğun səbəbi ola bilər.

3000 nəfər qadın arasında keçirilmiş araşdırmaların nəticəsində, məlum oldu ki, intensiv şəkildə idman zallarında məşq edən qadınlara 3,5 dəfə çox hallarda “sonsuzluq” diaqnozu qoyulur.

Ekspertlərin rəyinə görə, fiziki aktivlik çox xeyirlidir, lakin qadınlar bu işdə hədd  bilməlidirlər ki, onların reproduktiv funksiyası da təhlükəyə məruz qalmasın.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.