Soğan yeməyin 10 faydası

Soğan ən faydalı və müalicəvi tərəvəzlərdən biridir. Soğanın tərkibində çoxlu faydalı komponentlər var. Onun müalicəvi xüsusiyyətləri elmə çoxdan məlumdur. Soğan təbiətin insanlara bəxş etdiyi təbii sərvətlərdən sayılır. Soğan yeməklə bir-çox xəstəliklərin sağalmasının tarixi qədim zamanlara qədər gedib çıxır. Bu barədə qədim əlyazmalara da rast gəlmək mümkündür. Soğanın aşağıakı müalicəvi xüsusiyyətləri vardır.

Qulaq ağrısı zamanı soğan
Qulaq ağrısı insan orqanizmində baş verən ən dözülməz ağrılardan sayılır. Qulaq ağrısı zamanı soğan suyu damızdırmaq və ya qulağa soğan dilimi qoymaq ağrının miqdarını azaldır.
Baş ağrısı zamanı soğan
Baş ağrısı zamanı qulağa soğan dilimi qoymaq ağrının azalmasına səbəb olur. Miqren ağrısı başlayan zaman qulağa soğan dilimi qoyduqda ağrı tədricən azalıb yox olur.
Öskürmə və soğan
Öskürmə əlamətlərini aradan qaldırmaq üçün soğan şirəsindən istifadə edilir. Soğan şirəsi qana sorulduğu andan öskürək əlamətləri azalmağa başlanır.
Qızdırma zamanı soğan
Bu üsuldan ən çox uşaqların tempraturunu aşağı salmaq məqsədilə istifadə edilir. Bu zaman alma sirkəsi ilə soğan şirəsindən qarışım hazırlanır və pambıq corab qarışımda isladılıb uşağın ayağına geydirilir.
Donma zamanı soğan
Əgər uzun müddət soyuqda qalb üşümüsünüzsə o zaman qızınmaq üçün soğan yeyin və qısa bir müddətdən sonra isindiyinizi hiss edəcəksiniz.
İnfeksiya xəstəlikləri və soğan
Dəridə infeksiya xəstəlikləri olduğu zaman soğanlı pasta hazırlayıb infeksiya əlamətlərini aradan qaldırmaq və xəstəlikləri sağaltmaq mümkündür.
Pasta aşağıdakı qaydada hazırlanır:  
* Az miqdarda süd bişirilir, içərisinə bir dilim ağ çörək qoyulur.
* Çörək südü özünə çəkdikdən sonra onun üzərinə sürtçəgdən keçirilmiş soğan sürtülür.
* Çörək dilimi dərialtı toxuması infeksiyalmış nahiyəyə qoyulur və ən azı 3 saat saxlanılır.
Qanaxmalar zamanı soğan
Dərinin tamlığı pozulduğu zaman qanaxmalar meydana çıxdıqda soğanı kəsib qanaxan yerə qoyub bağlamaq lazımdır.
Çapıqlar və soğan
Əməliyyatlardan sonra yaranan çapıqlardan xilas olmaq üçün soğan dilimi ilə çapıq nahiyəni sürtmək lazımdır.
Yanıqlar və soğan  
Birinci dərəcəli günəş yanıqlarından tez bir zamanda xilas olmaq üçün dəriyə soğan şirəsi sürtmək lazımdır.
Həşərat dişləmsi və soğan
Arı sancması zamanı soğanı suyu çıxana qədər xırdalayıb yara yerinə qoyduqda zəhərin dəriyə təsiri az olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.