Sizdə bu əlamətlər varsa, dünyada yeni yayılan virusa yoluxmusunuz

XBB.1.5 indiyə qədər aşkar edilmiş ən yoluxucu Omikron alt variantı kimi təhlükə yaradır və tərkibindəki mutasiyalar sayəsində sürətlə yayılaraq hüceyrələrə yapışmağa və çoxalmağa imkan verir.

Orqanik.az azxəbər-ə istinadla bildirir ki, XBB.1.5-in simptomları COVID-19 növlərinə bənzəyir.

Omicron XBB.1.5 ABŞ-da sürətlə yayıldıqdan sonra alimlərin narahatlığına səbəb olub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına əsasən, XBB və XBB.1.5-in ABŞ-da 31 dekabr həftəsi üçün COVİD-19 yoluxmalarının 44,1%-ni təşkil etdiyi təxmin edilir ki, bu da əvvəlki həftədəki 25,9%-dən çoxdur. ÜST bu virusun daha 28 ölkəsində aşkarlandığını bildirib.

Ekspertlər bu virusun qripə bənzər simptomlarının olduğunu, peyvənd edilmiş xəstələrdə daha az yayıldığını bildirirlər.

Virusun əlamətləri bunlardır:

-qızdırma və ya titrəmə;

-öskürək;

-nəfəs darlığı və ya nəfəs almaqda çətinlik;

-əzələ və ya bədən ağrıları;

-baş ağrısı;

-dad və ya qoxu itkisi;

-boğaz ağrısı;

-tıxanıqlıq və ya axan burun;

-qusma;

-ishal.

Qeyd edək ki, bu virus Avropa ölkələrində sürətlə yayılmağa davam edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.