XBB.1.5 indiyə qədər aşkar edilmiş ən yoluxucu Omikron alt variantı kimi təhlükə yaradır və tərkibindəki mutasiyalar sayəsində sürətlə yayılaraq hüceyrələrə yapışmağa və çoxalmağa imkan verir.
Orqanik.az azxəbər-ə istinadla bildirir ki, XBB.1.5-in simptomları COVID-19 növlərinə bənzəyir.
Omicron XBB.1.5 ABŞ-da sürətlə yayıldıqdan sonra alimlərin narahatlığına səbəb olub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına əsasən, XBB və XBB.1.5-in ABŞ-da 31 dekabr həftəsi üçün COVİD-19 yoluxmalarının 44,1%-ni təşkil etdiyi təxmin edilir ki, bu da əvvəlki həftədəki 25,9%-dən çoxdur. ÜST bu virusun daha 28 ölkəsində aşkarlandığını bildirib.
Ekspertlər bu virusun qripə bənzər simptomlarının olduğunu, peyvənd edilmiş xəstələrdə daha az yayıldığını bildirirlər.
Virusun əlamətləri bunlardır:
-qızdırma və ya titrəmə;
-öskürək;
-nəfəs darlığı və ya nəfəs almaqda çətinlik;
-əzələ və ya bədən ağrıları;
-baş ağrısı;
-dad və ya qoxu itkisi;
-boğaz ağrısı;
-tıxanıqlıq və ya axan burun;
-qusma;
-ishal.
Qeyd edək ki, bu virus Avropa ölkələrində sürətlə yayılmağa davam edir.
Orqanik.az