Mövsümü dəyişikliklər, kirli hava, uzun müddət üzdə qalan makiyaj sızanaqların yaranmasına səbəb olur.
Orqanik.az Axşam.az-a istinadən qısa müddət ərzində narahatlıq yaradan izlərdən qurtulmağınıza yardımçı olacaq sadə maskanı təqdim edir.
Kokos yağı güclü antibakterial xüsusiyyətlərə malikdir. Məsamələri bağlayan kir və yağları təmizləməklə yanaşı, tərkibindəki yağ turşusu ilə dərinizi qidalandırır və nəmləndirir. Qərənfil yağı (mixək yağı) ilə birlikdə cildə nüfuz edərək sızanaqların yaranmasına səbəb olan bakteriyaları məhv edir.
Tərkibi:
3-5 damcı mixək yağı
1 xörək qaşığı kokos yağı
Maskanın məsamələrə daha yaxşı nüfuz edə bilməsi üçün üzünüzü 5 dəqiqə buxarda saxlayın. Daha sonra yağları qarışdırıb üzünüzə çəkin və dairəvi hərəkətlərlə yumşaq bir şəkildə masaj edin. Təxminən 10 dəqiqə gözlədikdən sonra cildinizi təmizləyib yuyun. Bunu gündə bir dəfə etməyiniz tövsiyə olunur. Bu maskaya zeytun yağı da əlavə edə bilərsiniz. Zeytun yağı antibakterial aktivliyi artırır, dərini qoruyur və məsamələrin təmizlənməsinə kömək edir.
Orqanik.az