Sızanaqlara qarşı 5 maska

Sızanaqlar yaşdan asılı olmayaraq hər kəsin qarşılaşdığı cild problemlərindən biridir. Məsamələrin bağlanması, dərinin nəfəs ala bilməməsi nəticəsində dəridə yaranan iltihab bir müddət sonra sızanaqların yaranmasına səbəb olur.

Orqanik.az Axşam.az-a istinadən ev şəraitində sızanaqları müalicə edən maskaları təqdim edir.

Sarıkök və bal maskası

Yarım çay qaşığı sarıkökü 1 xörək qaşığı bal ilə qarışdırıb üzünüzə çəkin. Bu dəridəki iltihabı azaldaraq nəmləndirir və daha hamar olmasına imkan yaradır.

Aloe vera və matça maskası

2 xörək qaşığı aloe vera ilə 1 çay qaşığı matça tozunu qarışdırın. Qarışımı bir neçə dəqiqə soyuducuda saxladıqdan sonra üzünüzə çəkin, 15 dəqiqədən sonra yuyun. Maska dərini nəmləndirəcək, qızartıları aradan qaldıracaq.

Avokado və bal maskası

Yetişmiş avokadonu yaxşıca əzin və üzərinə bir qaşıq bal əlavə edin. Bu, dərinizi yumşaldacaq, məsamələri kiçildəcək, nəmləndirəcək.

Sarıkök və qatıq maskası

Bir çay qaşığı sarıkök tozunu qatıqla qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Sonda nəmləndiricidən istifadə edin.

Avokado, limon və bal ilə üz maskası

Avokadonu əzib üzərinə bir çay qaşığı bal və təzə sıxılmış limon suyu əlavə edin. Maskanı sildikdən sonra nəmləndirici kremdən istifadə edin.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.