1) Siqaretdən heç istifadə etməmək üçün bir gün seçin və səbəb hər nə olursa olsun siqaret çəkməyin. Sizdən əvvəl siqareti tərgitmiş insanlarla danışın, praktikanızı bölüşün. Ailənizdən, dostlarınızdan, iş yerinizdən dəstək alın.
2) Sağlamlıq üçün risk faktorlarını nəzərinizdə saxlayın. Xərçəng başda olmaqla siqaretin yol aça biləcəyi xəstəliklərin siyahısını tutun.
3) Siqaretçəkmə ilə əlaqəli davranışlarınızı və vərdişlərinizi qeyd edin. Hər gün çəkməyini sevdiyiniz 3 siqaret haqqında və bunları harada, nə vaxt çəkdiyinizi yazın.
4) Idmanla məşgul olun. Gündə heç olmazsa 20-30 dəqiqə piyada gəzin. Meditasiya, yoga kimi məşğuliyyətlərə meyl edin.
5) Ev, maşın, iş yerinizdə sizə siqareti xatırlada biləcək ən kiçik nişaələri belə aradan qaldırın. Iradənizə hakim olmağa çalışın.
6) Qidalanmağa diqqət yetirin.
7) Filmə, teatra, konsertlərə gedin. Restoran, otel, təyyarə kimi ictimai yerlərdə siqaret istifadə olunmayan şöbələrdən istifadə edin.
8) Hər hansı qida yaxud içki sizə siqaret çəkməyə həvəsləndirirsə, həmin qida növündən mümkün qədər uzaq olun.
9) Siqareti alkoholla birgə qəbul edirsinizsə və siqareti tərgitməyə çalışırsınızsa yaxşı olar ki, alkoholdan da uzaq olasız. Ən azından siqareti tam tərgidənə qədər.
10) Iradəli olun.
Narkotiklərdən çox siqareti atmaq həm psixoloji həm fizioloji baxımdan nisbətən asandır. Əsas məqsəd siqaret tüstüsü olan yerlərdən uzaq durmağa çalışmaq, siqaret çəkən şəxslərlə daha az kontakda olmaqdır.
Siqaret çəkən şəxslərdə:
* Nəfəsdən xoşagəlməz qoxu gəlir
*Dişlər vaxt keçdikcə saralır
*Dilin dad almaq qabiliyyəti zəifləyir
*İmmunitet aşağı düşür
*Dəri quruyur, qırışır, tez qocalır
*öskürək, nəfəs darlığı, yuxu problemləri, əsəbilik artır
*ağciyər xəstəliklərinin əmələgəlmə ehtimalı yüksək olur.
Orqanik.az