Qadınların dərdi – Qırışmış dəri

Yaş ötdükcə üzün dərisi qocalır, yağlılığı gedir, dəridə olan suyun miqdarı azalır, dəri boşalır və sallanır. Qırışların tez və ya gec əmələ gəlməsi orqanizmin ümumi vəziyyətindən, dərinin xüsusiyyətindən asılıdır. Gözün qıyılması, daima qaş-qabaqlı gəzmək də üzdə qırışların əmələ glməsinə səbəb olur. Dəridə qırışların gec əmələ gəlməsi üçün isti su ilə yuduqdan sonra mütləq üzə soyuq su vurmaq lazımdır.
Dəridə qırışların qarşısını almaq üçün həftədə 2-3 dəfə aloe şirəsindən maska qoymaq lazımdır. Bunun üçün əvvəlcə aloeni 14 gün qaranlıq yerdə 10* tempraturda saxlayıb, sonra əzib suyunu çıxarmaq lazımdır. Qırışmış dərini hər səhər duzlu su ilə islanmış pambıq tamponla silmək çox faydalıdır. Dərinin tonusunu aşağıdakı otlardan hazırlanmış məhlulla artırmaq olar:
-1 çay qaşığı çobanyasığı
-1 çay qaşığı nanə
-1 çay qaşığı qoyunqıran
-1 çay qaşığı cökə çiçəyi.
2 stəkan qaynar suda dəmlənir, tənzifdən süzülür. Dəmləmənin içərisinə 2 xörək qaşığı araq əlavə edilir və hər gün səhər-axşam dəriyə çəkilir.
Qırışlara badam pərdəsi, su və qlıserin qarışımı qaynadılıb sürtülərsə dərinin elastikliyi artar və dəri yumşaq olar.
Qırışmış üzə duzlu məhlul yaxşı təsir göstərir. Bunun üçün barmaqların ucunu və ya dəsmalın küncünü duzlu suya batırıb üzün dərisini döyəcləmək lazımdır.
Çimməmişdən əvvəl boğazınızın dərisinə krem çəkin, sonra onu ilıq nəm dəsmal ilə sarıyın. Çimərkən dəsmalı vaxtaşırı ilıq suda isladın. Bu kompres boyunun dərisinin qocalmasının qarşısını alır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.