Qarşınızdakı əks cinsinizdən uzaq qalmağa çalışırsınızsa,onunla yatağa girmək istəmirsinizsə bunun sevgi və romantika ilə əlaqəsi olduğunu sanmayın.Bunun sevgizisliklə bir əlaqəsi yoxdur.Sevgilinizin və ya sizin yataqdan qaçmanıza müxtəlif faktorlar səbəb olur.Bu faktorlara aşağıdakılar aiddir.
1 Hormonal pozğunluqlar
Seks həyat orqanizmin hormonları ilə əlaqəli fəaliyyət göstərir.Bunun ən sadə misalını kontraseptivdən istifadə edən qadınların timsalında misal göstərmək mümkündür.Kontraseptivlərdən istifadə edən qadınlar dərman qəbulundan əvvəlki və sonrakı hallarını müqayisə etdikdə buna tam əmin olurlar.Hormonların çatışmazlığı üzündən klimakteriya dövrünü yaşayanlar intim əlaqədən uzaq durmağa çalışırlar.Hormonlar səbəbli seksdən uzaqlaşmanı asanlıqla dərmanlar vasitəsilə aradan qaldırmaq olur.
2 Yuxusuzluq
Yuxunun normal olması seks həyatına təsir edir.Normal yuxu insanın təbiətini düzənləyir və əsəblərini sakitləşdirir.Yuxunun azalması insanın seksə olan həvəsini azaldır.
3 İdman
Aparılan araşdırmalar idmanla məşğul olmanın qandakı testosteronun səviyyəsinə təsir etdiyini təsdiqləmişdir.Seksdən uzaqlaşmaq istəməyənlərə mütəxəssislər idmanla məşğul olmağı tövsiyə edir.
4 Depressiya
Müasir dünyada bir çox xəstəliklərin əmələ gəlməsində depressiyanın rolu olduğu sübut edilmişdir.İnsanların seksdən uzaq qaçmasının səbəblərindən biri də depressiyadır.
5 Anti-depressantlar
Depressiya əleyhinə qəbul edilən dərman vasitələri də insanın intim həyata olan həvəsini azaldır.
6 Stress
Uzun müddət gərgin işlə məşğul olmaq,psixi gərginliklər səbəbli stressli bir həyat yaşamaq insanın seksə olan həvəsinin azaldır və yox edir. Çoxlu stress faktorlarının olması insanı intim əlaqədən uzaqlaşdırır.Bu faktoru aradan qaldırmaq üçün isə stressi aradan qaldırmaq kifayətdir.
7 Daha çox cinsi əlaqədə olmaq istəyi
Həkimlər cinsi əlaqədə olmaq itəyərkən seksdən uzaqlaşmanın səbəbini psixoloji vəziyyətlə əlaqələndirirlər.Bu ən çox cinsi zorakılığa məruz qalan qadınlar arasında rast gəlinir.
Orqanik.az