Sassi suyu nədir və necə hazırlanır?

Dietoloqların məsləhət bildikləri sassi suyu incə belə sahib olmaq istəyənlərin xəyalını gerçəyə çevirə bilir. Piylərdən xilas olmaq üçün düzgün qidalanmanın və dietanın ən vacib faktorlarından biri bul su içməıkdir. Əgər siz adi su içməyi xoşlamırsınızsa o zaman son illər Amerikadakıların içdikləri sassi suyundan itifadə edə bilərsiniz. Bu su dadlı olmaqla yanaşı orqanizmdən artıq piylərin xaric olunmasına yardım edir. Sassi suyu orqanizmin sağlam şəkildə arıqlamasına səbəb olur.
Sassi suyu necə hazırlanır?
Lazım olanlar:  
* xiyar – 1 ədəd
* su – 2 litr
* təzə rəndələnmiş zəncəfil – 1 çay qaşığı
* limon – 1 ədəd
* təzə nanə yarpağı – 12 ədəd
Hazırlanması:
Limon və xiyar nazik şəkildə doğranır, limon və zəncəfillə birlikdə suya salınaraq 1 gecə soyuducuda saxlanılır. Səhər su soyuducudan çıxarılır və otaq tempraturunda gələndən sonra gün boyu içilir.
Sassi suyu orqanizmə antioksidant təsir göstərir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm sisteminin normallaşdırır, qaz qovucu təsir göstərir. Sassi suyu orqanizmdəki xroniki yorğunluğu aradan qaldırır.
Tərkibində yüksək keyfiyyətili və orqanizm üçün yaralı yağlar olan sasssi suyunu dietoloqla 4 saatdan bir qəbul eləməyin piylərə daha çox təsir etdiyini qeyd edirlər. Sassi suyu ilə diyet saxlamağın məqsədi orqanizmdəki artıq suların xarıc olunmasına və artıq piylərin ərimsinə xidmət etməkdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.