SARIMSAQLI QATIQ arıqladır, immuniteti möhkəmləndirir, qəbizliyi yox edir… Resept

Sarımsaqlı qatıq qədimdə yemək kimi deyil, müalicəvi vasitə kimi istifadə olunurdu.

Onun köməyi ilə soyuqdəymədən tutmuş qəbizliyə qədər bir çox pozulmaları müalicə edirdilər.

Sarımsaqlı qatıq həqiqətən çox yaxşı müalicəvi və profilaktik vasitə kimi isifadə oluna bilər.

Orqanik.az sizə sarımsaqlı qatığın faydalı xüsusiyyətlərini təqdim edir:

– bağırsaq mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir

– qəbizliyi aradan qaldırır

– qurd əleyhinə təsir edir

– immun sistemini stimullaşdırır

– arıqlamağa kömək edir

– bağırsaqları təmizləyir

Gün ərzində 1 stəkan sarımsaqlı qatıq içmək çox faydalıdır. 1 diş sarımsağı sarımsağəzənlə əzin, 1 stəkan qatığa əlavə edin, qarışdırın, 1 saat saxlayın, sonra için. Qatığa xırda doğranmış şüyüd də əlavə etmək olar.

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı sarımsaqlı qatıq ziyanlı ola bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.