Sarılıq

Sarılıq qanda bilirubinin artması nəticəsində əmələ gələn sindromdur. Sarılığın əsas əlamətləri aşağıdakılardır:
– dərinin saralması
– selikli qişaların saralması
– gözün sklerasının saralması
– qan serumunun sarı rəngə boyanması.
Adətən qanda bilirubinin miqdarı 34,2 mkmol/l-dən artıq olduqda dəri örtükləri və selikli qişalar saralır. Sarılığın 3 növü ayırd edilir:
* mexaniki
* parenximtoz
* hemolitik.
Mexaniki sarılıq ödün qaraciyərdn ifraz edilməsinin çətinləşməsi nəticəsində əmələ gəlir. Öd yollarında durğunluq əmələ gətirən amillər mexaniki sarılığın əmələ gəlməsinə səbəb olur. Bu səbəblərə qaraciyər axacağının və ümumi öd axacağının daş, parazit və ya şişlə tutulması, ətraf toxumalarda əmələ gələn şişlərin axarları tutması və s. misal göstərmək olar. Öd yolları tam tutulduqda isə öd bağırsaqlara daxil ola bilmir və axaliya baş verir. Mexaniki sarılıq zamanı qanda bilirubinin miqdarı artır. Bu zaman sidikdə də bilirubin aşkar edilir. Ödün qana keçməsi sinir sisteminin də funksiyasına patoloji təsir göstərir.
Parenximatoz sarılıq qaraciyər hüceyrələrinin bilirubini tutmaq, onu qlikogen turşusu ilə birləşdirmək və öd kapillyarlarına ifraz etmək qabiliyyətinin ayrı-ayrı və qarışıq şəkildə pozulmasıdır.
Bəzi dərman maddələrinin (xüsusilə qurdqovucu dərmanların) yuüksək dozaları qaraciyər hüceyrələrinin bilirubini tutmaq qabiliyyətinin zəiflədir. Bu zaman hepatositlərin sitoplazmatik proteinləri sərbəst bilirubinlə birləşə bilmir. Nəticədə qanda sərbəst bilirubinin miqdarı artır. Bu zaman parenximatoz sarılıq meydana gəlir. Parenximatoz sarılıq zamanı qanda sərbəst bilirubinin miqdarı artır. Bu zaman qaraciyər hüceyrələri bir növ nekroza uğrayır. Parenximatoz sarılıq qaraciyərin  iltihabi xəstəlikləri zamanı baş verir.
Məlumdur ki, sərbəst bilirubin toksiki maddədir. Onun qanda artması zamanı hepatositlərin funksiyası pozulur. Hemolitik sarılıq zamanı sidikdə bilirubin olmur.
Sarılığın müxtəlif növlərində dərinin rəngi bir-birindən fərqlənir. İnsanın dərisi parenximotoz sarılıq zamanı limonu sarı, mexaniki sarılıq zamanı isə yaşıl və ya tünd zeytunu rəngdə olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.