Sarı Kantaron

Sarı Kantaron

Sarı Kantaron

Kantaron çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə, sakitləşdirici, sidikqovucu təsirlərlərə malikdir. Kantaron damarları möhkəmləndirir, orqanizmə şişəleyhinə təsir edir, orqanizmi cavanlaşdırır.

Müxtəlif xəstəliklər zamanı kantaronun dəmləməsi istifadə olunur. Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və qarqara, inhalyasiyalar şəkində və ya daxilə istifadə olunur
-Zökəm, nəfəs yolları iltihabları, öskürək zamanı dazıotu dəmləməsi ilə inhalyasiya etmək yaxşıdır. Dəmləməni enli qaba töküb buxarın üzərində nəfəs alın.
-Boğaz ağrısı, angina, stomatit, diş əti iltihabları zamanı qarqara edin.
-Kantaron mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (qastrit, xora xəstəliyi, öd kisəsi xəstəlikləri və s.) çox yaxşı müalicəvi təsir edir – iltihabı azaldır, selikli qişalarının bərpasına kömək edir, mikrofloranı yaxşılaşdırır. Dəmləməni qida qəbulundan 30 dəqiqə sonra 1 xörək qaşığı olmaqla gündə 3 dəfə qəbul edirlər.
-İltihabəleyhinə və sidikqovucu təsirinə görə kantaron sidik-cinsiyyət sistemi iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir.
-Ürəyin fəaliyyətinin yaxşılaşdırılması və ürəyin möhkəmləndirilməsi üçün belə dəmləmə hazırlayın – 1 çay qaşığı kantaron, 1 çay qaşığı pişikotu kökü, 1 çay qaşığı melissa, 1 çay qaşığı nanə termosda 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gün ərzində 2-3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Dəmləməni dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün dəmləməyə bal əlavə etmək olar.
-Kantaron çox güclü sakitləşdirici təsiri var – stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrıları azaldır, yuxusuzluqdan azad edir. Bu səbəbdən dazıotu bir çox sakitləşdirici preparatların tərkibinə daxil edilir. Ev şəraitində dazıotunu çobanyastığı, pişikotu kökü, melissa ilə qarışdırıb sakitləşdirici çay hazırlamaq olar.
-kantaron dəmləməsi dəridə olan kiçik yaralar, xoralar, sıyrıntılar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir
-dərinin bərpasını sürətləndirir. Dəmləmədə pambıq parça isladıb islatmalar şəklində istifadə edirlər.
-Dəmləmə həmçinin sızanaqlar zamanı da istifadə olunur.

Bu yazı Bloglar kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.