Saqqız udanda bədəndə bunlar baş verir

Tez-tez çeynədiyi saqqızı udan insanlarda bir sıra təhlükəli sağlamlıq problemləri yaranır.

Orqanik.az lent.az-a istinadən bildirir ki, bu barədə gastroenteroloq Sarah Mesilhi danışıb. 

Onun sözlərinə görə, bu həm də qarın ağrısına səbəb ola bilər:

“Udulmuş saqqız sintetik kauçukdan hazırlandığı üçün bədəndə həzm olunmur. Bu, bütün həzm sistemində ürək bulanması, qusma və ağır qarın ağrısına səbəb ola bilər. Eyni zamanda, qısa müddət ərzində udulmuş çox sayda çeynənmiş saqqızın həzm sistemini maneə törətməsinə səbəb ola biləcəyi, lakin belə bir komplikasiyanın son dərəcə nadir olduğu bilinir”.

Eyni zamanda, gastroenteroloq, saqqızın illərlə insan orqanizmində olacağını təsdiq edən mifə də münasibət bildirib:

“Əslində, çeynənilən saqqız nəticədə hər hansı digər yemək kimi bədəninizi tərk edəcək. Lakin bu bir az daha çox vaxt ala bilər”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.