Sanitayzerdən spirt iyi gəlmirsə… – Tanınmış həkimdən TÖVSİYƏ

Son zamanlar sanitayzerlərlər (antiseptiklər) ən çox satılan dezinfeksiya vasitələridir. Sanitayzerlər müxtəlif olur – rənginə, iyinə, qiymətinə görə biri birindən ciddi fərqlənir.

Maraqlıdır ki, bəzi sanitayzerlərdən istifadə etdikdə kəskin spirt iyi gəlsə də, digərlərindən bu iy demək olar gəlmir. Bu normaldırmı və belə “iysiz” sanitayzerlər nə dərəcədə effektlidir?

Orqanik.az bildirir ki, bu suala öz kanalında cavab verən tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy bildirib ki, sanitayzerdən spirt iyi gəlmirsə, “onu zibil qabına atmaq lazımdır”. Koronavirusa qarşı təsirli olan sanitayzerin tərkibində spirtin faizi 60 və bundan çox olmalıdır. Belə sanitayzerdən spirt iyi gəlməyə bilməz. Əks halda bu saxta məhsuldur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.