Şalfey çayının faydaları – Diabet, depressiya, iltihab….

Adaçayı (rusca şalfey) qədimdə və orta əsrlərdə demək olar, bağ-bağçada yetişdirilən və hər kəsin yaxşı tanıdığı dərman bitkisidir.

Özünəməxsus ətri olan, efir yağları ilə zəngin bu şəfalı bitkinin faydalarını saymaqla bitməz.

Türk xalqlarında adaçayı ilə bağlı bir məsəl var: “Bağında adaçayını əkmisənsə, ölməyə nə gərək var”.

Orqanik.az Orqanik.az-a istinadən adaçayında hansı xəstəliklərdə istifadə edə biləcəyinizi təqdim edir.

– Depressiya, nevroz, stresdə içilir
– Bədəndən zərərli toksinləri çıxarır

– Beynin bütün funksiyalarını yaxşılaşdırır
– Bronxit və astmaya yaxşıdır

– Qaraciyəri təmizləyir
– Sidik yolları infeksiyasında müalicəvidir

– Menopauza dövründə qadınlara lazımdır
– Saçların ağarmasını gecikdirir

– Demensiya, Alsgeymerin qarşısını alır
– Diabetdə qanda şəkəri salır

– Baş ağrısı və miqrendə
– Ağız, diş, damaq yaraları
– Angina, faringitdə qarqara

– qocalmanı gecikdirir
– Sellülitə belə effektivdir
– Qarın ağrısı, ishal
– İmmuniteti yüksəldir
– Antibiotik təsirlidir

Dəmləməsi və çayı necə hazırlanır?

Bir neçə yarpaq adaçayı dəm çaydanına qoyulub, qaynar su alınır. İstədiyiniz rəng və dad alınan kimi adaçayı çaydandan çıxarılır. Alınan çay içilir. Çox qaldıqda acı dad verir.

Qurudulmuş aptek adaçayı – 1,5 çay qaşığının üzərinə 3 stəkan qaynar su alınır, dəmə qoyulur. Süzülüb içilir. 5 dəqiqədən artıq dəmlənməməlidir

Gündə 2 fincandan artıq içmək olmaz. Allergiyası olanlar diqqətli olsun.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.