Şah damar tıxanıqlığı nədir?

Şahdamar olaraq tanıdığımız karotis arteriya (yuxu arteriyası) darlıqları həyati təhlükə daşıyan ciddi sağlamlıq problemləridir. Əsasən 50 yaş üstü, şəkər xəstəliyi və yüksək təzyiqi olan, siqaret çəkən şəxslərdə rastlanır. Əsas əlamətləri üzdə və qolda keyimə, başgicəllənmə, nitqin, eşitmə qabiliyyətinin və başa düşmənin pozulmasıdır.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin şahdamar tıxanıqlığına vaxtında müdaxilənin mütləq olduğunu bildirib.

Belə ki:

– Vaxtında müdaxilə olunmadıqda riskli beyin fəsadlarına səbəb ola bilər;
– Darlıq dərəcəsindən asılı olaraq iflic riski yüksəkdir;
– Darlıq olan bölgələrdə asanlıqla qan laxtaları əmələ gələ bilər;
– Damar tıxana bilər;
– Qan laxtası beynin içindəki daha kiçik bir damarı tıxayaraq ölümə səbəb ola bilər.

Həkim qeyd edib ki, erkən diaqnoz və müalicə (cərrahi və ya stent) fəsadların qarşısının alınması üçün vacibdir:

“Karotis darlıqlarının endarterektomiya əməliyyatı ilə qarşısı almaq olar. Endarterektomi əməliyyatı iflic təhlükəsinə səbəb ola biləcək qədər irəli dərəcədə darlıq varsa, bu prosedur xəstədə keçici yaxud qalıcı iflic, korluq, danışıqda problemlərə səbəb olduğu zaman həyata keçirilir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.