Şaftalının ürəyə təsiri – Qabığını soyub yeyin

Müntəzəm olaraq mövsümündə təzə şaftalı yemək immun sistemi möhkəmləndirir, dərini bərpa edir.

Orqanik.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Yelena Solomatina məlumat verib.

“Şaftalıda olan lif və pektinlər, bütün sistem və orqanların işinə müsbət təsir edir.
Şaftalıda çox miqdarda beta-karotin var, o gözlərə təsir edir.

Eləcə də şaftalı bağırsaq mikroflorasını yaxşılaşdırır. Onun lifləri tez həll olub əriyir, bağırsaqlardan ağır metal və duzları çıxarır.
Qanda xolesterini salır, ürəyin normal işini bərpa edir”.

Həkim məsləhət görür ki, şaftalının qabığını soyub yeyin.

“Ola bilər qabığında yad maddələr, pestisidlər olsun.

Çox şirin şaftalıları şəkər xəstələri yeməsin. Eləcə də mədəsində yara olanlara olmaz”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.