Bir çox faydası olan şaftalı çəyirdəyinin də sağlamlığa xeyri danılmazdır. İndi isə, gəlin bu məhsulun faydalarına birlikdə nəzər salaq.
● Şaftalı çəyirdəyinin həzmə təsiri
Mədə və bağırsaqdakı problemlərin qarşısını almaq üçün şaftalı çəyirdəyini qırın, içindəki toxumu çıxarıb, yaxşıca əzin və bir qaşıq balla qarışdıraraq yeyin. Bir müddət sonra problemlərinizin azaldığını görəcəksiniz.
●Öskürəyә qarşı şaftalı çəyirdəyi
Əgər uzun müddət öskürəkdən şikayət edirsinizsə, şaftalı çəyirdəyinin içindəki toxumu qaynadıb suyunu için. Öskürəyinizin azaldığını siz də fərq edəcəksiniz.
●Ağrıkəsici kimi istifadə edilmәsi
Xüsusilə baş ağrısına faydalı olan bu üsul üçün bir neçə ədəd şaftalı çəyirdəyini əzib suyunu çıxarın.
Daha sonra çıxardığınız suyu tülbənddən keçirib, mayeni qulağınıza damcıladın. Bir müddətdәn sonra ağrınız keçəcək.
Orqanik.az