Havalar soyuduqca saçların qeydinə qalmaq, onları nəmləndirmək, qırılan ucları azaltmaq, rəngi canlandırmaq, itirdiyi parlaqlığı bərpa etmək ehtiyacı artır.
Orqanik.az Axşam.az-a istinadən ev şəraitində təbii vasitələrlə saça qulluq üsullarını təqdim edir.
1. Avokado
Yarım avokadonu əzin və üzərinə bir neçə damcı nanə yağı əlavə edib qarışdırın. Saçınızı yuduqdan sonra maskanı çəkin. 15 dəqiqə gözləyib yuyun. Bu maskadan sonra saçlarınız yumşalacaq. Saçlarınız çox qurudursa, bu maskaya 1 yumurta sarısı və ya 1-2 xörək qaşığı qatıq əlavə edə bilərsiniz.
2. Kokos yağı
Bir xörək qaşığı kokos yağı götürüb nəm saçın uclarına çəkin. Əgər saçlarınız həddindən artıq qurudursa, yağı saçınızda bir gecə də saxlayın və səhər yuyun.
3. Banan və zeytun yağı
Bananı 1 xörək qaşığı zeytun yağı ilə qarışdırıb püre halına gələnə qədər əzin. Saç diblərini masaj edərək maskanı dəriyə qədər hopdurun. 30 dəqiqə gözlədikdən sonra yuyun.
4. Balqabaq və bal
Bir stəkan balqabaq püresinə 1-2 xörək qaşığı bal əlavə edin. Saçınıza və baş dərinizə çəkin. Maskanın təsirini artırmaq üçün 15 dəqiqə örtülü şəkildə saçda saxlayıb, yuyun. Bu maskanı üzünüzə də çəkə bilərsiniz.
5. Kakao
Qəhvəyi saçlarınız varsa, rəngi canlandırmaq üçün kakaodan istifadə edə bilərsiniz. Kakao, adi qatıq, bal və alma sirkəsinin birləşməsi saç rəngini daha parlaq edəcəkdir.
Orqanik.az