Saçları bərpa edən MÖHTƏŞƏM MASKA

Bu maska saçları bərpa edir, kökləri möhkəmləndirir, saçların xarici görünüşünü xeyli yaxşılaşdırır, saçların uzanmasını stimullaşdırır.

Orqanik.az sizə saçlar üçün ən effektli maskalardan birini təqdim edir:

Maskanın tərkibi:

– 1 x.q. üyüdülmüş darçın

– 1 ç.q. bal

– 1 yumurta

– 2 x.q. ayıpəncəsi yağı

Bütün inqrediyentləri yaxşı qarışdırın. Maskanı su hamamında bir az (!) qızdırın, saçlarınıza çəkin (xüsusilə köklərə fikir verin!).

Başınıza duş üçün papaq taxın, üzərini dəsmala bağlayın.

Maskanı 1 saat ərzində saxlayın, sonra saçınızı yaxşı yuyun.   

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.