Saçları tez-tez fenləmək, rəngləmək onun cansızlaşmasına və getdikcə gec uzanmasına gətirib çıxarır. Amma canlı saçlara qovuşmaq o qədər də çətin deyil. Daim edilən baxım saçlarınızı həm canlandıra, həm də tez uzada bilər.
Orqanik.az Axşam.az-a istinadən saçları tez uzadan maskalar təqdim edir:
İlk növbədə yeyib-içdiklərinə diqqət edin. Saçı proteyn sağlam göstərir. Toyuq, hinduşka, yumurta, lobya, quru meyvələr saç sağlamlığına müsbət təsir edir. Eyni zamanda C vitaminini də unutmayın. Çalışın saç düzləşdirən fenlərdən uzaq olun.
Soğan maskası saç üçün çox önəmlidir. Bir çoxları bu maskadan iyinə görə uzaq olmağa çalışır. Eyni zamanda erkən saç ağarmasının qarşısını da soğan suyu ilə ala bilərsiniz. 4 ədə soğanı bir neçə yerə bölüb 1 litr suda 10 dəqiqə qaynadın. Soyuyandan sonra suyu süzün. Saçınızı şampunla yuduqdan sonra bu su ilə yaxalayın.
Yumurta maskası da saç üçün önəmli vasitələrdən biridir. 1 və ya 2 yumurtanı 1 xörək qaşığı balla qarışdırın. Qarışığı saça sürtüb, 15-20 dəqiqə saxlayın. Sonra yuyun.
Alma sirkəsi ilə də saçı tez uzatmaq mümkündür. Bir az suya 2-3 qaşıq sirkə tökün. Əgər qoxusu pisdirsə, içinə lavanda yağı damcıladın. Saçı yuduqdan sonra bu su ilə durulayın.
Orqanik.az