Bu maskanı mütləq sınayın

Balqabaq hüceyrələri yeniləyən fermentlər və alfa hidroksi turşuları ilə zəngindir. Tərkibində antioksidanlar, A və C vitamini olan balqabaq dərini yumşaldır və parlaqlığını artırır.

Orqanik.az Axşam.az-a istinadən balqabaq və almadan hazırlanan üz maskasını təqdim edir.

Tərkibi:

1/2 yaşıl alma
1/4 stəkan balqabaq pürəsi
1 xörək qaşığı bal
1-2 yemək qaşığı süd
bir çimdik darçın

Maskanı hazırlamaq üçün almanın qabığını soyun və balqabaqla birlikdə mikserlə pürə halına gətirin. İçinə bal, süd və darçın əlavə edin. Üzünüzə və boynunuza çəkin. Maskanın gözlərinizə təmas etməməsinə diqqət yetirin. 15 dəqiqə saxladıqdan sonra yuyun.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.