Həkimlər saç tökülməsinə qarşı inanılmaz üsul kəşf ediblər.
Belə ki, xüsusilə saçları ön hissədən seyrəkləşən, davamlı tökülən və qırılan saçları bərpa edəcək çox faydalı maska hazırlanıb.
Publika.Az xəbər verir ki, bu vasitədən istifadə edən insanlarda saç tökülməsi dayanıb və əvəzinə sürətlə artım müşahidə edilib.
Saçların tökülməsi bu gün kifayət qədər yayılmış problemdir. Bununla belə, biz istifadə etdiyimiz reseptlərin faydasını görmədikdə psixoloji olaraq sarsılırıq və bu da olduqca mənfi təsir göstərir.
Bu üsul saçların artması ilə yanaşı, eyni zamanda, təbii parıltı və saçların həcmini də artırır.
Saçların növündən asılı olaraq vasitələr müxtəlifdir. Lakin bu resept bütün növ saçlara şamil olunur.
Reseptin tərkibi:
– 200 ml pivə
– bananın ikidə bir hissəsi
– 1 xörək qaşığı bal
– 1 yumurtanın sarısı
İnqrediyentləri blender vasitəsilə yaxşı-yaxşı qarışdırıb saçınızın seyrək hissələrinə sürtün. Bir ay istifadədən sonra effekti görəcəksiniz.
Orqanik.az