Alimlər “omikron”un aşağı patogenliyini müəyyən ediblər – TƏDQİQAT

Mütəxəssislər “omikron” ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştamları ilə yoluxdurublar. “Omikron”la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.

Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində “omikron” “delta”dan daha yavaş yayılıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.