Şəkər xəstələri necə qidalanmalıdırlar?

Şəkərli diabet xəstəliyi vücudda insulinin yetərli miqdarda olmaması və ya hamiləlik zamanı hormonal dəyişiklik səbəbi ilə meydana çıxır.

İmmunitet.az xəbər verir ki, Türkiyənin məşhur dietoloqu Çağatay Köşkeroğlu şəkər xəstəliyi zamanı erkən diaqnozun və qidalanmanın vacibliyini açıqlayıb. Onun sözlərinə görə, şəkər xəstəliyi ömür boyu davam etdiyi üçün səhhətə diqqətlə yanaşılmalıdır. Artıq çəkisi olanlar və daima stresdən əziyyət çəkənlər daha çox risk qrupuna daxildirlər.
Şəkər xəstəliyinin çox susuzluq, tez acmaq kimi əlamətləri vardır. Bu əlamətlər sizdə varsa diqqətli olaraq müayinə etdirməyiniz məsləhət edilir.
Bəs şəkər xəstələri necə qidalanmalıdırlar?
Köşkeroğlu belə xəstələrin hər qidasında ehtiyyatlı olmalarını tövsiyə edib:
“İlk yeməklərini səhər durduqdan sonra ilk yarım saatda yeməlidirlər. İki yeməyin arası təxminən 2,5 saat olmalı və gündə 6 dəfə qidalanmalıdırlar.
Qidalanma zamanı – bal, mürəbbə, şəkər tozu, şokolad, bəhməz kimi şəkər səviyyəsinibirdən yüksəldəcək qidalardan uzaq durmalıdırlar. Yeməkləri isti deyil, ilıq formada yeməlidirlər. Bitki yağlarına daha çox üstünlük verməlidirlər. Qızardılan qidalardan, spirtli içkilərdən imtina etməlidirlər. İdman hərəkətləri ilə daima (ən azı həftədə 4 dəfə )məşğul olmalıdırlar”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.