Səhər yemək yeməyənlərə, axşam yeyənlərə XƏBƏRDARLIQ

Braziliyanın San-Paulu Dövlət Universitetində elm adamları səhər yeməyini buraxan və yatmazdan əvvəl yemək yeyən insanların infarktdan ölmək riskinin olduğunu öyrəniblər.

Mİlli.Az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər miokard infarktından sağ çıxan təxminən 60 yaşlı 113 xəstə arasında sorğu keçirib.

Onların elektrokardioqrammasında (STEMI) ST seqmentinin yüksəlməsi baş verib. Məlum olub ki, respondentlərin 58 faizi müntəzəm olaraq səhər yeməyini buraxır, 51 faizi yatmazdan əvvəl yemək yeyir, könüllülərin 41 faizinin hər iki vərdişləri var. Məlum olub ki, sonuncu qrupda birinci infarktdan sonra 30 gün ərzində ikinci infarkt və angina pektorisindən ölüm riski 4-5 dəfə çox olub.

Alimlərin fikrincə, müntəzəm qidalanma infarktın qarşısını almaq və ondan sonra xəstənin vəziyyətini yaxşılaşdırmaq yollarından biridir. Tədqiqatçılar xatırladırlar ki, şam yeməyi ilə yuxu arasında fasilə ən azı iki saat olmalı, səhər yeməyində isə süd məhsulları, karbohidratlar və meyvələr olmalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.