Xanımlar arıqlamaq üçün müxtəlif yollara əl atır. Ən sağlam vasitə isə təbii bitkilərlə artıq piylərdən xilas olmaqdır. Bədəndəki piyləri parçalamağa kömək edəcək vasitələrdən biri də razyana bitkisidir.
Orqanik.az Axşam.az-a istinadən bu bitkinin orqanizmə xeyrini təqdim edir:
Necə və nə vaxt istifadə etməli?
• Ac olduğunuz zaman razyana çeynəyin. O, iştahanı öldürür.
• Razyana toxumlarını bir stəkan suda qaynadıb, soyuduqdan sonra için. Bu çay pəhriz zamanı orqanizmdən artıq suları kənarlaşdırıb, əsəbləri sakitləşdirir.
• Razyana kökünü doğrayıb, üzərinə bitki yağı və limon şirəsi sıxmaqla, ətirli, dietik salat hazırlamaq olar.
• Razyana yağı antisellülit məqsədlərlə istifadə olunur. Yağa bir qədər dəniz duzu əlavə edib, problemli yerlərə çəkməklə qan dövranını sürətləndirib, artıq piy toxumalarını hamarlaşdıraraq, yumşaq, şümal dəri əldə edəcəksiniz.
Pəhrizi 1 həftədən artıq davam etdirmək olmaz. Beş gün ara verdikdən sonra yenidən davam etdirə bilərsiniz. Bir həftə saxlanılan razyana pəhrizi ilə 3 kiloqram arıqlamaq mümkündür.
Orqanik.az