Qədim slavyan UZVAR. Faydalı və müalicəvi içki

Bu içki bir çox slavyan xalqlarının mətbəxlərində var. Uzvar rus sözü “варить” (“bişirmək”) sözündən yaranıb.

Lakin əslində bu içki bişirilmir, dəmlənilir ki, nəticədə tərkibində olan bütün fayadalı maddələr dağılmır, saxlanılır.

Soyuq fəsillərdə insan orqanzimində vitamin və mineral defisiti yaranır. Bu faydalı içki orqanizmə ona lazım olan vitamin və mineralları bəxş edirdi. Bundan əlavə uzvar ürək üçün çox faydalıdır, qəbizliyi müalicə etməyə kömək edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, iltihabları azaldır, insanı daha gümrah edir.

Sagalamolun.az sizə bu faydalı və müalicəvi içkinin reseptini təqdim edir.

Tərkib:

– 200 qr müxtəlif meyvə quruları (alma, armud, ərik, kişmiş, qara gavalı və s.)

– 1 ovuc itburnu

– 2 l su

– bal (zövqə görə)

Hazırlanması:

Meyvə qurularını yaxşı yuyun. İtburnu meyvəsini yuyun və əzin. Meyvələri emallı qazan töküb üzərinə ilıq qaynadılmış su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər qazanı vam odun üzərinə qoyun, yaxşı qızdırın (qaynatmayın!). Uzvar ilıq olanda zövgə görə bal əlavə edin və için. Uzvarın içində olan meyvələri atmayın, onları yemək və ya piroq, bulka üçün içlik kimi istifadə etmək olar.  

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.