Quru öskürək nədir? – Yaranma səbəbləri

Quru öskürək boğazda və sinədə ağrı yarada bilər. Öskürəyin müddəti və nə qədər çəkməsi vacibdir.

İmmunitet.az məlumat verir ki, adətən kriz halında gələr (yəni öskürək krizi) və xəstəni yorar. Əgər öskürəyin səbəbi soyuqdəymə və qrip deyilsə, bu ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Quru öskürəyin əsas səbəbləri:

Astma – Bu hal xüsusilə astma xəstəliyinin ən əsas əlamətlərindəndir. Nəfəs darlığı, xırıltı, sinədə ağrı kimi simptomlarla birlikdə ortaya çıxar. Gecələri artar və xroniki hala çevrilər.

Refküks – Quru öskürəyin əksər zaman baş qaldırdığı xəstəliklər sırasındadır. Yataqda bel üstə yatmaq, mədə asidlərinin qida borusuna keçməsini asanlaşdırır və quru öskürək yaradır. Yatan zaman başınızı və vücudunuzun üst qismini bir az dik tutmaq, sinənizdə olan yanma hissini və öskürəyi yüngülləşdirəcək.

Gecə yatmazdan qabaq zəncəfil çayına bir çay qaşığı bal əlavə edərək için. Bu, mədə asidinin istehsalını azaldacaq.

Ağciyər xəstəlikləri – bu zaman da öskürək çox baş verir. Belə xəstəlikləri yalnız həkim müalicə edə bilər. Belə xəstəliklər, yüksək qızdırma, nəfəs darlığı, nəfəs alıb verən zaman ağrı, tərləmə, yorğunluq, anidən arıqlamaq kimi əlamətlərlər üzə çıxır.

Qeyd edək ki, öskürək 8 həftədən artıq çəkərsə, bu hal mütləq diqqətə alınmalı və həkimə gedilməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.