Qrip və soyuqdəymənin güclü çarəsi

Artıq yaz fəslinin isti nəfəsini duymaq ərəfəsindəyik. Təbiət oyanmağa, günəş öz şəfəqlərini ətrafa saçmağa hazırlaşır.  Lakin baharın gəlişi əhval-ruhiyyəmizi yüksəltməklə yanaşı müəyyən mövsümi xəstəlikləri də gətirir. Bu xəstəliklər ilk növbədə fəsil dəyişməsi ilə bağlı orqanizmdə baş verən proseslər və bəzi xarici amillərlə izah olunur.

Soyuq qış ayları artıq arxada qalsa da, qrip və soyuqdəyməyə yaxalanmaq riski bu aylarda daha da artır. Buna səbəb yüksək rütubət, dəyişkən hava şəraiti və zəif immunitetdir.

Bütün bunlar xəstə insanla hətta qısamüddətli əlaqəni də yoluxma təhlükəsini çevirir. Təəssüf ki, bahar – sadəcə təbiətin oyanışı demək deyil, o həm də bronxial və immunal xarakterli xəstəliklərin inkişafı üçün ideal şərait yaradır.

Qrip soyuqdəymənin ağırlaşmış formasıdır. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Aşağı temperaturda yaxşı inkişaf edən qrip virusları isti mühitə davam gətirmir. İnfeksiya mənbəyi isə xəstə insanlardır.

Xəstəliyin qarşısını almaq üçün görülən profilak tədbirlərə vitaminlərlə bol olan balanslaşdırılmış qidalanma və virusəleyhinə preparatlarının qəbulunu aid etmək olar.

Soyuqdəymə, kəskin respirator virus infeksiyaları, qriplə mübarizə aparmağa kömək edən dərmanları vaxtında qəbul etmək məsləhət görülür.

Soyuqdəymənin əlamətlərinin (temperatur, baş ağrısi, titrəmə, əzələ və oynaq ağrısı, burun tutulması)  ilkin olaraq aradan qaldırılması üçün parasetamol tərkibli preparatlardan istifadə edilir.

Soyuqdəymə zamanı Agicold preparatının təsiri

Qızdırma vücudumuzun qoruyucu və adaptiv reaksiyasıdır. Orqanizmə infeksiyanın  daxil olmasına cavab olaraq baş verir. Viruslar və iltihab məhsulları termorequlyasiya mərkəzinin yerləşdiyi beyinə daxil olur. Nəticədə temperatur yüksəlir.Agicold preparatının tərkibindəki parasetamol soyuqdəymə zamanı virusların  termorequlyasiya mərkəzinə təsirini azalda bilir, bunun sayəsində bədən istiliyi azalır. Agicold preparatı burun axıntısı, baş ağrıları, əzələ və oynaq ağrıları kimi soyuqdəymə və qrip əlamətlərini aradan qaldırır.

Əgər sizdə də yaz mövsümündə baş ağrısı, yorğunluq, temperatur, burun axması kimi əlamətlər olarsa, Agicold tablet və saşesi sizin köməyinizə gələcək.

Həll olunan toz və ya tablet şəklində buraxılış forması olan Agicold bütün soyuqdəymə əlamətləri üçün əladır. Özünüz üçün uyğun buraxılış formasını seçin.

Sifariş üçün: *7700 qısa nömrəsi və aptekonline.az saytı
Zəfəran, Kanon və Günəbaxan apteklərindən soruşun.

Agikold N100 : Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 16.05.2022 tarixində verilmiş T22044 seriya nömrəli uyğunluq sertifikatı.
Agikold hotmiks N5 portağal: Respublikası Səhiyyə Nazirliyi tərəfindən 14.12.2022 tarixində verilmiş P22071 seriya nömrəli uyğunluq sertifikatı.
Agikold hotmiks N5 limon: Respublikası Səhiyyə Nazirliyi tərəfindən 14.12.2022 tarixində verilmiş P22070 seriya nömrəli uyğunluq sertifikatı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.