Qoz onkoloji xəstəliklərdən qoruyur? – Həkimdən açıqlama

Gündə 4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəlik, o cümlədən onkoloji proseslərdən qoruya bilər.

Bu barədə türk həkim Osman Erk bildirib.

Qoz insanı nəinki onkoloiyadan, eləcə də depressiya və qocalıq əqli geriliyindən qoruya bilər.

Elmi tədqiqatlar göstərib ki, qozda olan Omeqa 3, antioksidant, vitamin, minerallar ürəyin işini yaxşılaşdırır.

Qoz damar tıxanmasının qarşısını alır, yüksək təzyiqə qarşıdır.

Qoz uşaqların da qidasında olmalıdır. 3 yaşından yuxarı uşaqlar gündə 3-4 ədəd qoz yeməlidir. Orqanizmdə doymuş yağ turşularının normada olmasına diqqət yetirmək lazımdır./Bakupost.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.