Your Cart

Qoltuq altından ürək əməliyyatı nə zaman icra edilə bilər?

Hər hansı bir sümük kəsiyi aparılmadan, ürəyə qabırğalar arasından girilərək edilən minimal invaziv ürək əməliyyatları kişi, qadın, gənc, yaşlı hər kəs üçün üstünlükləri olan bir metoddur.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.  Həkim bildirib ki, bütün ürək qapaq əməliyyatlarında, xüsusilə qapaq dəyişilməsi və ya təmiri əməliyyatlarında rutin olaraq bu metod istifadə olunur. 2 ya da 3 qapağa eyni anda müdaxilə etmək mümkündür.

O, qeyd edib ki, öncədən döş qəfəsi sümüyü kəsilərək əməliyyat olmuş xəstələrdə, Bypass və ya qapaq əməliyyatı olmuş xəstələrdə ikinci qapaq əməliyyatının qoltuq altından edilməsi həkimlərə böyük üstünlüklər qazandırır.

– Anadangəlmə ürək xəstəlikləri, ürək dəlikləri, ürək şişləri;

– Çox sayda damar Bypass-ları;

– Mitral qapaq, aorta qapaq və trikuspidal qapaq cərrahiyyəsi olacaq xəstələrdə bu metod rahatlıqla tətbiq edilə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa