Diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburqun sözlərinə görə, pəhrizinizə bir məhsul əlavə etməklə qocalmanı ləngidə bilərsiniz. Söhbət cücərmiş lobyadan gedir.
Orqanik.az xəbər verir ki, həkim bu barədə “Rossiya 1” telekanalının “О самом главном” verilişində danışıb. Ekspertin qeyd etdiyi kimi, onun tərkibində insan orqanizmində yaşa bağlı proseslərə təsir edən bitki mənşəli protein var. M.Qinzburq xüsusilə 40 yaşdan yuxarı insanlara cücərmiş lobyadan istifadə etməyi tövsiyə edib.
Eyni zamanda mütəxəssis əlavə edib ki, uşaqlar və gənclər bitki mənşəli zülallara deyil, böyümə və inkişaf zamanı orqanizmə faydalı təsir göstərən heyvan mənşəlli züllallara üstünlük verməlidirlər:
“Heyvan zülalı adətən ət, balıq, yumurta və bir sıra digər qidalarda olur. “Biz böyümə və inkişaf mərhələsində heyvan zülalı daha yaxşıdır”. (publika.az)
Orqanik.az