Koronavirusa yoluxanların beynində kiçilmə baş verir – Elmi araşdırma

Yeni elmi araşdırmada COVID-19 virusuna yoluxan insanların xəstəlikdən əvvəl və sonra beyinlərinin vəziyyəti MRT (maqnit -rezonans müayinə) vasitəsilə müqayisə edilib.

Orqanik.az bakupost.az-a istinadən xəbər verir ki, alimlər virusa yoluxub sağalmış insanların beyin ölçüsünün 0,2 – 2% arasında kiçildiyini, xüsusən beynin iybilmə və yaddaşa cavabdeh olan boz maddəsində də azalma müşahidə ediblər.

Bununla da kovidin beyinə ciddi təsiri bir daha sübut olunub.

Qeyd edək ki, xəstənin yaşı nə qədər çoxdursa, beyindəki bu dəyişikliklər bir o qədər çox və daimidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.