Qışdan çıxmış immuniteti möhkəmlətmək üçün nə yeməli?

Qışda bədən meyvə-tərəvəzi az qəbul edir. Eləcə də gün istiliyi olmadığı üçün vitamin D kəskin enir.

Ona görə də fevral-mart ayında immuniteti möhkəmlətmək üçün payızda bağlanan pomidor, xiyar, kələm, badımcan və meyvə kompotlarını çox tükətməklə immunitetə dəstək vermək olar.

Orqanik.az xəbər verir ki, həkim dietoloq Yuliya Piqareva açıqlayıb.

Payızda daha təbii tərəvəzlərdən hazırlanmış az duzlu və sirkəli şorabalar qışda marketlərdə satılan pomidor-xiyardan daha faydalıdır. Ona görə də çəkinmədən yemək olar.

Eləcə də kök, çuğundur, kahı, kartof, kələmi bol edin. Onlardan salat və şirələr düzəldin. Bu tövsiyələr 7-dən 77-ə hər kəsə uyğundur. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.