Qışda daha çox ət yeyilməlidir – Bədənə nə lazımdır?

Soyuq mövsümdə qidalanma rasionunun təxminən 40%-i ət, onunla əvəz edilə bilən yumurta və balıq olmalıdır.

Orqanik.az xəbər verir ki, bunu Moskva Səhiyyə Departamentinin yetkin əhaliyə ilkin tibbi-sanitariya yardımı üzrə baş ştatdankənar mütəxəssisi Andrey Tyajelnikov bildirib.

O deyib ki, ilin soyuq aylarında insanın daha çox güc və enerjiyə ehtiyacı olduğu üçün qida rasionu dəyişməlidir:

“Qışda orqanizm günəş işığına ehtiyac duyur, onun enerji sərfiyyatı əhəmiyyətli dərəcədə artır, viruslara və bakteriyalara qarşı müqavimət göstərmək üçün gücü azalır, mübadilə prosesləri yavaşlayır və sürətli yorğunluq yaranır.

Orqanizmin dəyişən iqlim şəraitinin öhdəsindən gəlməsi üçün mütləq zülallar, yağlar, karbohidratlar, vitaminlər, minerallar və lifdən ibarət olan balanslı qida qəbul etmək lazımdır. Qış yeməkləri daha doyurucu və kalorili olmalıdır”.

Onun sözlərinə görə, rasiona mütləq zülal və yağ mənbələrinin daxil edilməsi zəruridir:

“Buna görə də soyuq mövsümdə rasionunun təxminən 40%-i ət olmalıdır. Bu bizə enerji verir, əzələ toxumasının itirilməsindən qoruyur, yoluxucu xəstəliklərdən qorunmanı stimullaşdırır. Əti yumurta və balıqla da əvəz etmək olar”./publika.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.