Qibiskus çayı və onun faydaları

Çin qızılgülündən dəmlənən çayın faydaları barədə eştmisinizmi? Çin qızılgülü (qibiskus) ən çox sevilən otaq bitkilərindən biridir. Bu bitkinin faydaları barədə yəqin ki, eşitməmisiniz. Şərq ölkələrində çin qızılgülünün çiçəklərindən müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Müalicə məqsədilə qibiskusun çiçəyinin ləçəklərindən istifadə edilir.  
Qibiskus çayından qədim Misirdə çox istifadə edilib. Bu çayın faydasını tibb elminin araşdırmaları da təsdiqləyib. Qibiskus çayının çapıq toxumanı sağlamlaşdırmaq qabiliyyəti var. Bu səbəbdən də onun damarlarda əmələ gələn patologiyalar zamanı içilməsi çox faydalıdır. Bu çay qan damarlarının möhkəmlənməsinə səbəb olur, damarların divarlarında yığılıb qalmış xolesterin artıqlarının həll edir. Qibiskus dəmləməsi qanda pis xolesterinin azaalmasına və tədricən yox olmasına səbəb olur. Bu çayı davamlı olaraq içməklə bağırsaqların fəaliyyətini sürətləndirmək, defekasiyanı çoxaltmaq və bağırsaqlardan şlakların və toksinlərin xaric olmasına nail olmaq olar.
Davamlı olaraq uzun müddət qibiskus çayı qəbul eləmək orqanizmdən ağır metal zərərlərini, toksinlərin və şlakların xaric edilməsinə, immun sistemin yüksəlməsinə səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.