Qeyri spesifik yaralı kolit bağırsaqların xroniki xəstəliyidir. Xəstəlik özünü etiologiyası məlum olmayan səbəblərdən bağırsaqlarda əmələ gəlmiş destruktiv dəyişiklərlə göstərir. Xəstəlik kəskinləşib ağırlaşmalar verə bilir, qadınlarda kişilərə nisbərən 2 dəfə artıq rast gəlinir.
Xəstəliyin əmələ gəlməsində müxtəlif virusların, bakteriyaların, sitoplazmatik toksinlərin rolu böyükdür.
Qeyri spesifik yaralı kolitin əmələ gəlməsində hipofiz və böyrəküstü vəzin funksiyasının aktivliyinin azalması da səbəb ola bilir. Stress səbəbli sinir sistemini qıcıqlanmalarının asetilxolinə təsiri nəticəsində yoğun bağırsaqlarda peristaltikanın pozulması nəticəsində də qeyi-spesifik yaralı kolit əmələ gələ bilir. Bağırsaqların epirel qatında baş verən hipoksiyalar, bağırsaqların selikli qişalarında baş verən pozulmalar, qidalanma səbəbli mikrofloranın dəyişilməsi qeyri spesifik yaraların əmələ gəlməsinə birbaşa təsir edir. Bu zaman kolonsitlərin hipoksiyası artır, bağırsaqlarda nekrozların əmələ gəlməsi başlayır. Daha sonra qeyri-spesifik kolitin kliniki əlamətləri meydana çıxır.
Xəstəliyin klassifikasiyası 3 cürdür:
1. Düz və siqma bağırsaqda əmələ gələn, residivləşən, orta dərəcədə ağırlaşmalarla özünü biruzə verən eroziyalı-hemoragik qeyri-spesifik yaralı kolit.
2. Kəskin formalı, tez proqressivləşən bağırsağa toksiki təsir edən, bəzən septik əlamətlərlə özünü biruzə verən qeyri-spesifik yaralı kolit.
3. Qeyri-spesifik yaralı kolitin remissiya, latent fazası.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Xəstəlik özünü qanlı, selikli nəcif ifrazı, temperaturunun yüksəlməsi, qarında sancıların olması ilə xarakterizə edir. Düz bağırsağa baxış zamanı şişkinlik və qızartılar görünür. Bağırsağın divarında selikli-qanlı ifrazatın olması diqqəti cəlb edir. Xəstəliyə düzgün diaqnoz qoymaq üçün rektopomanoskopiyanın müayinəsinin nəticələri əsas götürülür. Rentgeneoloji müayinə zamanı patoloji prosesslər və onların ağırlıq dərəcələri müəyyən edilir. Qanın ümumi analizləri zamanı leykositoz və EÇR-in artması meydana çıxır.
Orqanik.az